Elçin Mirzəbəyli ƏHD Partiyasından xaric edildi
Siyasət
220
15:08, Bu gün

Elçin Mirzəbəyli ƏHD Partiyasından xaric edildi

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya Partiyasından xaric edilib.
 
Moderator.az xəbər verir ki, qərar ƏHD Partiyasının bu gün keçirilən İdarə Heyətinin iclasında verilib.
 
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin bu gün keçirilən növbəti iclasında müzakirə olunan məsələlərdən biri də partiya üzvü Elçin Mirzəbəylinin partiya sıralarından xaric edilməsi ilə bağlı olub.
 
ƏHD Partiyası İdarə Heyəti partiyanın üzvü Elçin Mirzəbəylinin müstəqil siyasi analitika ilə məğul olmaq istəyini nəzərə alaraq, onun partiya sıralarından xaric edilməsi ilə bağlı qərar qəbul edib.
Link kopyalandı!
Son xəbərlər