İran səfiri:
Siyasət
805
11 Oct 2025 | 17:04

İran səfiri: "27 il öncə Qarabağa baxaraq fikirləşirdim ki..."

"İtkin düşmüş şəxslərlə əlaqəli beynəlxalq konfransın keçirilməsi çox əhəmiyyətlidir. Həmin şəxslərin ailələri çox narahatdırlar. Hamısı məlumat əldə etmək istəyir. O şəxslərin taleyinə aydınlıq gətirilməsi çox vacibdir".

Moderator.az Teleqraf -a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu deyib.

"Mən üç aya yaxındır Bakıdayam və burada öz missiyamı həyata keçirirəm. Əvvəllər də Azərbaycanda olmuşam. 27 il öncə Göygöldə olarkən Qarabağa baxaraq fikirləşirdim ki, gün o gün olsun ki, bu torpaqlar işğaldan azad olunsun və mən də bura gəlim. Çox şadam ki, mənim bu arzum həyata keçdi.

Nəhayət 30 ildən sonra işğal olunmuş torpaqlar azad olundu. Bir daha Azərbaycan xalqını və dövlətini bu böyük nailiyyətə görə təbrik edirəm".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər