Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub
Siyasət
828
11:52, Bu gün

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası - red.) sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.
 
Qeyd edək ki, bu, parlament sədrlərinin üçüncü üçtərəfli görüşüdür. Bundan əvvəlki görüş 2022-ci il iyulun 21-də İstanbulda keçirilib.
Link kopyalandı!
Son xəbərlər