Azərbaycan XİN Qəzzada atəşkəsin təmin olunmasını alqışlayıb
Siyasət
390
20:10, Bu gün

Azərbaycan XİN Qəzzada atəşkəsin təmin olunmasını alqışlayıb

Qəzzada atəşkəsin təmin olunması, girov və məhbusların azad edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz şəkildə çatdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində əldə edilmiş razılaşmanı alqışlayırıq.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Ümid edirik ki, razılaşmanın bütün mərhələləri lazımi şəkildə həyata keçiriləcək və regionda ədalətli və davamlı sülhün təmin olunması üçün səylər artırılacaq.

Bu nəticənin əldə olunmasına vasitəçilik edən Amerika Birləşmiş Ştatları, Türkiyə, Qətər və Misirin səylərini təqdir edirik", - deyə bəyanatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər