23:39
0°C
Bakı
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər ediblər.
Moderator.az xəbər verir ki, heyət Ağdərədən sonra Şuşa şəhərinə gəlib. Qonaqların şəhərdə gəzintisi təşkil olunub. Onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanış olacaqlar.
Sabah isə tədbir iştirakçıları Cəbrayıl və Zəngilanda olacaqlar.