19:47
0°C
Bakı
Hakimlər, dövlət qulluqçuları və hüquq elmləri doktorlarının vəkilliyə qəbuluna dair yeni prosedur müəyyənləşir.
Moderator.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna təklif edilən dəyişiklikdə, həmçinin, vəkil köməkçilərinə dair tələblərin qoyulması, vəkil andı içmiş vəkillərə xidməti vəsiqə verilməsi, vəkil orderi, vəkillərin vəzifələri artırılması, tədris tədbirlərində iştiraklarının icbari olması, vəkillər barəsində intizam tənbehləri və fəaliyyətlərinə xitam verilməsi qaydasının təkmilləşdirilməsi də nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.