Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra nəhayət sülh yaranıb.
Moderator.az xəbər verir ki, Paşinyan bu fikri Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Şurasının iclasında səsləndirib.
“Məmnuniyyətlə qeyd edirəm ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli qarşıdurmadan sonra sülh bərqərar olub,” – deyə Paşinyan vurğulayıb.