Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı günahkarların cəzalandırılacağını deyib
Siyasət
530
09 Oct 2025 | 16:05

Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı günahkarların cəzalandırılacağını deyib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.

Moderator.az xəbər verir ki, bu gün Düşənbədə keçirilən görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.

Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.

Hadisə haqda danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib.

“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər