Xorvatiya parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Siyasət
181
11:00, Bu gün

Xorvatiya parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Moderator.az xəbər verir ki, sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən xorvatiyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər