“Yaxın gələcəkdə müasir dünya türk NATO-sunun yaranmasına şahidlik edə bilər”
Siyasət
201
09:30, Bu gün

“Yaxın gələcəkdə müasir dünya türk NATO-sunun yaranmasına şahidlik edə bilər”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşündə dövlətlərimiz arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılmasının zəruriliyi ilə bağlı açıqlama verib, maraqlı fikirlər səsləndirib. 

Maraqlıdır, türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi türk dünyasının təhlükəsizliyini ciddi mənada təmin edə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli, yaxın gələcəkdə bu istiqamətdə ciddi yeniliklərin baş verməsinin mümkünlüyünə toxunub:

“Hazırda bütün dünyada yeni ittifaqlar və yeni təhlükəsizlik sistemləri formalaşdırılır. Müasir dünyanın təhlükəli çağıırşlar  bir çox dövlətləri buna məcbur edir. O cümlədən, TDT üçün də bu çağırışlar aktualdır. Buna görə də türk coğrafiyasında olan dövlətlərin yeni təhlükəsizlik çətiri yaratması, yeni təhlükəsizlik sistemləri qurması tamamilə normal prosesdir. 

Türk dövlətləri coğrafiyasının nə qədər təhlükəli ərazilərdə yerləşdiyini nəzər aldıqda türk dövlətləri də öz təhlükəsizlikləri üçün ortaq müdafiə sistemləri barəsində düşünmək məcburiyyətindədirlər. Buna görə də hesab etmək olar ki, TDT-nin tərkibinə daxil olan dövlətlər ortaq hərbi və müdafiə əməkdaşlığı ilə kənar təzyiq və təhlükələrdən qorunmaq üçün əlavə resurslar yarada bilərlər. Bu da onların milli təhlükəsizliklərinin ortaq şəkildə müdafiəsini təmin edə bilər. 

Bütün bu proseslər onu göstərir ki, TDT-də təmsil olunan dövlətlər iqtisadi-ticari, logistik və s. müstəvidəki mövcud əməkdaşlıq modeli ilə Avropa Birliyinə bənzər türk birliyinin formalaşmasına yaxınlaşıblar. Digər tərəfdən, TDT-nin həm də üzv dövlətlərin ümumi ortaq hərbi müdafiə sisteminin formalaşması yolu ilə NATO kimi bir quruma çevrilmə ehtimalı da var. Hesab edirəm ki, yaxın gələcəkdə müasir dünya türk NATO-suna şahidlik edə bilər”.

Seymur Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər