Qazaxıstan prezidenti:
Siyasət
447
18:00, Bu gün

Qazaxıstan prezidenti: "Xəzər dənizində suyun səviyyəsi azalır"

"Hazırda Xəzər dənizində suyun səviyyəsinin azalması müşahidə olunur. Bu, hamımızı narahat edir. Xəzər türkdilli dünyanın unikal rəmzidir, xalqlarımızı birləşdirən bağdır".

Moderator.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında ifadə edib.

Onun sözlərinə görə, son illərdə dəniz səviyyəsinin enməsi regionun ekologiyasına və iqtisadiyyatına mənfi təsir göstərir.

"Qardaş və qonşu ölkələr olaraq, Xəzərin vəziyyətinin yaxşılaşdırılmasına ciddi diqqət yetirməliyik. Türk dövlətlərini bu istiqamətdə səyləri birləşdirməyə, birgə layihələr hazırlamağa və müvafiq beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırıram. Qazaxıstan gələn ilin aprel ayında BMT-nin dəstəyi ilə "Dayanıqlı gələcəyə ümumi baxış" mövzusunda regional sammit keçirməyi planlaşdırır. Ümid edirik ki, türkdilli ölkələr bu forumda iştirak edəcək və yüksək səviyyədə təmsil olunacaqlar", - deyə Kasım-Jomart Tokayev əlavə edib.

Link kopyalandı!
Son xəbərlər