Oktyabrın 7-də Azərbaycanda bayraqların yarıya endirilməsi ilə bağlı iddia təkzib edildi - FOTO
Siyasət
400
16:15, Bu gün

Oktyabrın 7-də Azərbaycanda bayraqların yarıya endirilməsi ilə bağlı iddia təkzib edildi - FOTO

Bəzi sosial media hesablarında İsrailin Qəzzaya qarşı 7 oktyabrda başladığı əməliyyatların ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi barədə iddialar paylaşılıb.

Moderator.az-ın xəbərinə görə, Türkiyə Rabitə Qurumunun Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) bu iddiaları dezinformasiya adlandırıb.

Bildirilib ki, Azərbaycanı Fələstin əleyhdarı kimi göstərməyə çalışan bu cür yalan məlumatlar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyasındakı həmrəyliyi sarsıtmaq və Fələstinlə bağlı məsələni kölgədə qoymaq məqsədi daşıyan sistemli bir kampaniyanın tərkib hissəsidir.

"İctimaiyyəti yanlış istiqamətə yönəltməyi hədəfləyən bu kimi əsassız məlumatlara etibar edilməməli, yalnız rəsmi mənbələrin açıqlamalarına əsaslanmalıdır", - deyə məlumatda qeyd olunub.

 

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər