İlham Əliyevdən I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı TƏKLİF
Siyasət
305
14:39, Bu gün

İlham Əliyevdən I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı TƏKLİF

Azərbaycan Prezidenti İlham Əliyev gələn il birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib.
 
Moderator.az xəbər verir ki, dövlət başçısı bu təkliflə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edib.
 
Prezident vurğulayıb:
 
"Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.
 
Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər