Ərdoğan:
Siyasət
371
14:35, Bu gün

Ərdoğan:" TDT+ formatı münasibətlərimizə yeni nəfəs gətirəcək"

"TDT-yə sədrliyi təhvil alan əziz qardaşım Prezident İlham Əliyevə uğurlar diləyirəm. Sədrliyi təhvil verən Sadır Japarova isə töhfələrindən dolayı təşəkkür edirəm".
 
Moderator.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
 
Türkiyə lideri bildirib ki, bu gün bir çox məsələlərə etinasız yanaşan beynəlxalq sistemlə qarşı-qarşıyayıq: “Türk Dövlətləri Təşkilatının dəyişən şərtlərlə ayaqlaşan, beynəlxalq məsələlərdə ortaq duruş sərgiləyən təşkilata çevrilməsini arzu edirik.
 
Müxtəlif təhlükəsizlik sınaqları ilə məşğul olduğumuz şəraitdə üçüncü tərəflərlə də dialoqun inkişafı mühümdür. Bu mənada TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər