Rəcəb Tayyib Ərdoğan sabah Qəbələyə səfər edəcək
Siyasət
244
13:56, Bu gün

Rəcəb Tayyib Ərdoğan sabah Qəbələyə səfər edəcək

Rəcəb Tayyib Ərdoğan sabah Qəbələyə səfər edəcək.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran öz "X" hesabında etdiyi paylaşımda məlumat verib.
 
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında iştirak etmək üçün 2025-ci il oktyabrın 7-də Azərbaycana səfər edəcək.
 
"Regional sülh və təhlükəsizlik" mövzusunda keçiriləcək sammit çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun möhkəmləndirilməsi və təşkilat daxilində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər nəzərdən keçiriləcək. Qəbələ Bəyannaməsi daxil olmaqla, müxtəlif sənədlərin və qərarların qəbul edilməsi gözlənilir.
 
Prezidentimizin sammit çərçivəsində Dövlət Başçıları Şurasının iclasına qatılması, iştirakçı dövlət və hökumət başçıları ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub", - deyə paylaşımda bildirilib.
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər