Ərdoğan Azərbaycana gəlir – Qəbələdə TDT sammitində iştirak edəcək
Siyasət
189
10:15, Bu gün

Ərdoğan Azərbaycana gəlir – Qəbələdə TDT sammitində iştirak edəcək

Moderator.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.
 
Məlumata görə, Prezident Ərdoğan hazırda İstanbuldadır və bu gün, oktyabrın 6-da Azərbaycana yola düşəcək.
 
Qəbələdə keçiriləcək sammitdə Türk dünyasının liderləri regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və humanitar sahələrdə birgə layihələri müzakirə edəcəklər.
 
Ərdoğanın bu səfəri Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasının həmrəyliyinin növbəti simvolu kimi qiymətləndirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər