İtaliya mətbuatı Sercio Mattarellanın Azərbaycana səfərini diqqətdə saxlayıb - FOTO
Siyasət
184
20:57, Bu gün

İtaliya mətbuatı Sercio Mattarellanın Azərbaycana səfərini diqqətdə saxlayıb - FOTO

İtaliyanın media orqanları ölkə Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinə geniş yer ayırıb.

Moderator.az xəbər verir ki, ANSA, “RAI”, “Aise”, “Il Quaderno”, “Italpress”, “Il Sole 24 Ore”, “Formiche”, “Gazzetta Diplomatica”, “Il Punto Notizie”, “Virgilio” kimi informasiya resurslarında dərc olunan yazılarda Sercio Mattarellanın səfərinin ikinci günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdiyi bildirilir.

Materiallarda Sercio Mattarellanın ölkəsinin Azərbaycanla birgə reallaşdırılan bu layihədən fərəh hissi duyduğunu, bunun iki ölkə arasında yüksələn xətlə artan, intensiv və geniş dostluğu əks etdirdiyini vurğuladığı qeyd olunur. İtaliya Prezidenti bu təşəbbüsü Azərbaycanla əməkdaşlığın tacı adlandırıb, eyni zamanda, müxtəlif formalarda və sektorlarda qurulan tərəfdaşlığı təcəssüm etdirdiyini deyib.

Sercio Mattarella, həmçinin ağır münaqişə və toqquşmalarla səciyyələnən hazırkı beynəlxalq vəziyyət fonunda ölkəsinin Azərbaycanla məmnuniyyətlə əməkdaşlıq etdiyini, qlobal səviyyədə birgə çox işlər görüldüyünü vurğulayıb.

Yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin bu günün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gün olduğunu qeyd etdiyi bildirilir. Dövlətimizin başçısının İtaliyanın Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurduğunu vurğuladığı qeyd olunur.

Sercio Mattarellanın səfər çərçivəsində Bakıda Şəhidlər xiyabanını ziyarət etdiyi, İtaliya ictimaiyyəti ilə görüşdüyü diqqətə çatdırılır.

Link kopyalandı!
Son xəbərlər