Paşinyan:
Siyasət
567
18:50, Bu gün

Paşinyan: "Bakı ilə imzalanmış sənəddə belə bir şey yoxdur"

Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlərdə elə bir şey yoxdur ki, su, hava, işıq, çörək kəsiləcək, əvəzində yol açılacaq”.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Niyə belə bir ehtimal var ki, dəmir yolu olsa, su olmayacaq? Adətən bunun əksi olur, dəmir yolu olan yerdə su məcburi şərtdir. Dəmir yolu olan yerdə çörək var, dəmir yolu olan yerdə firavanlıq var, bizdə isə bir az tərsinədir: düşünürlər ki, dəmir yolu varsa, çörək yoxdur, su yoxdur, təhlükəsizlik yoxdur, suverenlik yoxdur, ərazi yoxdur”, – baş nazir qeyd edib.

Paşinyan bildirib ki, müasir dünyada çox ünsiyyət qurmaq, danışmaq və dünyaya anlaşılan olmaq lazımdır:

“İndi biz bunu edirik. Elə bir məntiq yoxdur ki, sülh olacaq, amma su olmayacaq. İnsanlar, seçin: su, yoxsa sülh? Su və sülh adətən birlikdə olur, amma müharibə vəziyyətində su olmaya bilər, çünki müharibə onsuz da məhv olmaq deməkdir”.

Paşinyan vaxtilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Mehridən keçən yola toxunub:

“Müqayisə etsinlər ki, dəmir yolu olanda həyat yaxşı olub, yoxsa pis?”.

Link kopyalandı!
Son xəbərlər