09:42
15°C
Bakı
Bölgəmizə qeyri-sabitliklik və faciələr gətirən işğal və təcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematik tədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünə qarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradan qaldırılması müstəsna əhəmiyyət kəsb edir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 27 sentyabr – Anım Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızın müqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.