XİN: Ərazi bütövlüyümüzə qarşı iddiaların Ermənistan Konstitusiyasından çıxarılması önəmlidir
Siyasət
260
08:10, Bu gün

XİN: Ərazi bütövlüyümüzə qarşı iddiaların Ermənistan Konstitusiyasından çıxarılması önəmlidir

Bölgəmizə qeyri-sabitliklik və faciələr gətirən işğal və təcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematik tədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünə qarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradan qaldırılması müstəsna əhəmiyyət kəsb edir.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 27 sentyabr – Anım Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızın müqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.

Link kopyalandı!
Son xəbərlər