Cavanşir Feyziyev:
Siyasət
188
21:50, Bu gün

Cavanşir Feyziyev: "Azərbaycan-ŞKTC dialoqu Türk dünyasındakı canlanmanın göstəricisidir"

Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin üçüncü iclasının 2026-cı ilin ilk yarısında Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Ankarada səfərdə olan Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev bildirib.

Onun sözlərinə görə, parlamentlərarası dialoq dövlətlərarası münasibətlər baxımından böyük əhəmiyyət daşıyır.

“Parlamentlərin mövqeyi hökumətlərin işinə sirayət edir. Beləliklə dövlətlər xalqın istəyindən doğan arzuları həyata keçirir. Türkiyə və ŞKTC ilə münasibətlər bu gün Azərbaycan üçün çox vacibdir”, - deyən C.Feyziyev vurğulayıb.

İşçi qrupunun rəhbəri qeyd edib ki, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı aktiv dialoq da türk dünyasındakı canlanmanın bir göstəricisidir.

2024-cü ilin aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun əhəmiyyətinə diqqət çəkən C.Feyziyev deyib: “Keçən dövrün təcrübəsi onu göstərir ki, xalqlarımız arasında mədəni və tarixi birliyin canlandırılması, ölkələrimiz arasında iqtisadı, mədəni və humanitar münasibətlərin inkişafı baxımından müəyyən nəticələr əldə olunub. Çoxsaylı nümayəndə heyətləri qarşılıqlı səfərlər edib. Təhsil, turizm, ticarət və digər sahələrdə nəticələr var və bu çox sevindiricidir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər