27 Sentyabr türk dünyasının qürur günüdür. Qarabağın və ətraf rayonların azad edilməsi ilə başa çatan Vətən müharibəsinin başlanmasından 5 il ötür.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, Anım Günü çərçivəsində Ankarada xüsusi mərasim keçirilib.
Bildirilib ki, beş il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhə xəttində hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına başlayıb. Müharibə 44 gün davam edib. Azərbaycan 2 908 şəhid verib.
Azərbaycanın Ankaradakı səfirliyinin təşkil etdiyi mərasim emosional anlarla zəngin olub. Tədbirdə Türkiyə-Azərbaycan Dostluq Fondunun İdarə Heyətinin sədri Aygün Attar çıxış edib. O, bildirib ki, şəhidlərin xatirəsini əbədi olaraq yad etmək hamının insani borcudur.
Anım proqramı İkinci Qarabağ müharibəsini əks etdirən fotosərgiyə baxışla yekunlaşıb.
Daha ətraflı süjetdə: