ABŞ və Azərbaycan 30 ildən artıqdır tərəfdaşdırlar.
Moderator.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon deyib.
O bildirib ki, ABŞ-la Azərbaycan birlikdə terrorizmlə mübarizə aparıb, enerji təhlükəsizliyini inkişaf etdirib və hər iki ölkə üçün rifah yaradıblar.
“ABŞ və Azərbaycan üçün həqiqətən tarixi bir anda burada olmaq mənim üçün şərəfdir. Ağ Evdə 8 avqust tarixində sülh razılaşması təşəbbüsünün irəli sürülməsi Cənubi Qafqaz regionu üçün cəsarətli yeni səhifənin başlanğıcını qoydu”, - diplomat qeyd edib.
Emi Karlon vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulmasına yardım etməyə sadiqdir: “Bu sülh yolunu möhkəmləndirməklə biz Cənubi Qafqazın ticarət, tranzit və enerji mərkəzi kimi böyük potensialını açırıq. Bu da gələcək iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir”.
A welcome message from our new Deputy Chief of Mission Amy Carlon. DCM Carlon chose the Ateshgah Temple as her very first cultural stop in Azerbaijan — a place that beautifully reflects the spirit of the Land of Fire. Standing where history, faith, and tradition meet, she felt… pic.twitter.com/Hg4awpcrF8
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 26, 2025