Azərbaycan və Bəhreyn diplomatik pasport sahibləri üçün viza tələbini ləğv edir
Siyasət
188
21:40, Bu gün

Azərbaycan və Bəhreyn diplomatik pasport sahibləri üçün viza tələbini ləğv edir

Azərbaycan və Bəhreyn diplomatik pasport sahibləri üçün viza tələbini ləğv edir.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyndən olan həmkarı Əbdülələtif bin Rəşid Əl Zayani ilə görüşüb.

Nazirlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.

Eyni zamanda, nazirlər Azərbaycan və Bəhreyn arasında regional və beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasporta malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş"i imzalayıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər