Azərbaycan və Qambiya XİN-ləri Anlaşma Memorandumu imzalayıb - FOTO
Siyasət
330
25 Sep 2025 | 19:55

Azərbaycan və Qambiya XİN-ləri Anlaşma Memorandumu imzalayıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qambiyanın xarici işlər naziri Sering Modou Njie ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, nazirlər Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlığın, xüsusən də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində perspektivli potensialını vurğulayıb, ortaq çağırışların həll edilməsi və qarşılıqlı maraqların təşviqi üçün bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin, Azərbaycan və Qambiya arasında iqtisadi və mədəni əlaqələri gücləndirməyə yönəlmiş yeni təşəbbüslərin və əməkdaşlıq mexanizmlərinin irəlilədilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Tərəflər görüş zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Azərbaycan və Qambiya XİN-ləri Anlaşma Memorandumu imzalayıbAzərbaycan və Qambiya XİN-ləri Anlaşma Memorandumu imzalayıbAzərbaycan və Qambiya XİN-ləri Anlaşma Memorandumu imzalayıb

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər