Azərbaycan Prezidenti İlham Əliyev uzun müddətdir davam edən Azərbaycan-Ermənistan münaqişəsinin həllində liderlik göstərir”.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
“Biz yaxşı təcrübələrdən öyrənməliyik. Avropa İttifaqı rifah və sülh yaratmağın yolunu göstərir, Afrika İttifaqı isə vasitəçilik və kontinental əməkdaşlıqla millətləri və nəsilləri bir araya gətirir. Bu yanaşma, çoxtərəflilik ruhunu təbliğ edir və bölgələr arasında dialoqu, anlaşmanı və imkanların inkişafını təşviq edir”, -deyə Binəli Yıldırım qeyd edib.