Çin Cənubi Qafqazda nə edir? - Rusiyadan ŞƏRH
Siyasət
198
12:26, Bu gün

Çin Cənubi Qafqazda nə edir? - Rusiyadan ŞƏRH

“Ermənistan Çin üçün Cənubi Qafqazda mühüm nöqtədir, amma Pekin hələ də İrəvanla dərin və uzunmüddətli əməkdaşlıq qurmayıb”.
 
Moderator.azTeleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Maslov deyib.
 
Onun sözlərinə görə, Pekin Qafqazda xüsusi oyun oynayır, Ermənistan və Çin arasında strateji sazişin imzalanması genişmiqyaslı əməkdaşlığın başlanğıcından daha çox dialoqa hazır olmaqdan xəbər vermək cəhdidir.
 
Maslov qeyd edib ki, Çinin əsas marağı nəqliyyat dəhlizləri ilə bağlıdır:
 
“Çin üçün alternativ təchizat kanallarını inkişaf etdirməklə risklərdən yayınmaq vacibdir. Bu baxımdan Ermənistan Azərbaycan və Türkiyədən keçən ənənəvi marşrutdan yan keçən potensial mərkəz kimi görünür.
 
Artıq Çinin Azərbaycan və Türkiyədən (eləcə də Gürcüstandan) keçməklə Avropaya operativ marşrutları var. Amma əsas məqsəd tədarükləri paralelləşdirməkdir: marşrutlar nə qədər çox olarsa, asılılıq da bir o qədər az olar və risklər azalır. Bu kontekstdə Şimal Dəniz Yolu və Mərkəzi Asiyadan keçən dəhlizlərlə yanaşı, Cənubi Qafqaz və Ermənistan alternativ marşruta çevrilir.
 
Həmçinin Çin Ermənistan üçün güclü investor ola bilər, amma Yaxın Şərq və region ölkələrinin təcrübəsi göstərir ki, bir müddətlik sevincdən sonra məyusluq dövrü gəlir”.
 
Xatırladaq ki, 2025-ci ilin iyulunda Ermənistan və Çin strateji tərəfdaşlıq haqqında bəyanat imzalayıb. Sənəd Ermənistan Baş naziri Nikol Paşinyan və Çin Sədri Si Cinpin arasında razılaşdırılıb.
 
Gürcüstan Cənubi Qafqazda 2023-cü ildə Çinlə analoji sazişi imzalayan ilk ölkə olub. 2025-ci ilin aprelində Azərbaycanla da strateji tərəfdaşlıq rəsmiləşib. Beləliklə, Çin hazırda regionun hər üç ölkəsinin strateji tərəfdaşıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər