Bizi sosial şəbəkələrdən izləyin:
Sentyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.