Ceyhun Bayramov efiopiyalı həmkarı ilə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edib - FOTO
Siyasət
207
20:50, Bu gün

Ceyhun Bayramov efiopiyalı həmkarı ilə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov efiopiyalı həmkarı Hadera Abera Admassu ilə görüşüb.

Moderator.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.

"Biz yüksəksəviyyəli səfərlərin və davamlı dialoqun əhəmiyyətini vurğulayaraq, siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdik.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Efiopiyanın dəstəyinə görə minnətdarlığımı bildirdim və beynəlxalq təşkilatlar çərçivəsində, Afrika İttifaqı çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu vurğuladım", - C.Bayramov qeyd edib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər