Ermənistanın hakim partiyası konstitusiya dəyişikliyinə hazırlaşır
Siyasət
243
14:10, Bu gün

Ermənistanın hakim partiyası konstitusiya dəyişikliyinə hazırlaşır

"Ermənistanda hakimiyyətdə olan Vətəndaş Müqaviləsi Partiyası 2026-cı il seçkisində dəstək qazandığı halda, ümummilli referendum yolu ilə yeni konstitusiyanın qəbul olunması prosesinə başlayacaq".

Moderator.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.

O bildirib ki, bu məqsədlə Vətəndaş Müqaviləsi Partiyası 2026-cı ildə keçiriləcək növbəti parlament seçkisində xalqa müraciət edərək, Ermənistanın idarə olunması üçün mandatını daha beş il uzatmaq və konstitusiya çoxluğunu formalaşdırmaq üçün dəstək istəyəcək.

"Seçkidə xalqın etimad səsini qazandıqdan sonra partiya ümummilli referendum yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi prosesinə başlayacaq", - deyə Paşinyan vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər