14:33
21°C
Bakı
Türkiyə ilə münasibətlərin normallaşması Ermənistana Avropa İttifaqı (Aİ) ilə quru əlaqəsini təmin etməyə imkan verəcək.
Moderator.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.
"Türkiyə ilə aktiv dialoqlarımız göstərir ki, yaxın gələcəkdə Türkiyə ilə, həm də Avropa İttifaqı ilə quru nəqliyyat əlaqəmiz olacaq", - o bildirib.
N.Paşinyanın sözlərinə görə, Ermənistan 2026-cı ilin iyununda parlament seçkilərində hakim partiyanın qələbəsi halında "balanslaşdırılmış xarici siyasətlə ziddiyyətə girmədən" Avropa İttifaqına üzvlük üçün səylərini gücləndirəcək.