Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO
Siyasət
117
13:04, Bu gün

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Moderator.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verdi.

Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olubRuanda Prezidentinin rəsmi qarşılanma mərasimi olubRuanda Prezidentinin rəsmi qarşılanma mərasimi olubRuanda Prezidentinin rəsmi qarşılanma mərasimi olubRuanda Prezidentinin rəsmi qarşılanma mərasimi olubRuanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər