Ceyhun Bayramov Fransanın yeni səfiri ilə iki ölkə arasındakı böhranın səbəbləri ətrafında fikir mübadiləsi aparıb
Siyasət
142
18:00, Bu gün

Ceyhun Bayramov Fransanın yeni səfiri ilə iki ölkə arasındakı böhranın səbəbləri ətrafında fikir mübadiləsi aparıb

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Sofi Laqutla iki ölkə arasında yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsi aparıb.

Moderator.az xəbər verir ki, bu xanım səfirin etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim etməsi çərçivəsində baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər