İlham Əliyev:
Siyasət
253
17:44, Bu gün

İlham Əliyev: "Azərbaycan antisemitizmin, etnik-dini dözümsüzlüyün olmadığı nadir məkanlardan biridir"

Müasir dünyada Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir.

Moderator.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın yəhudi icmasına yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə təbrikində deyilir.

Dövlət başçısı qeyd edib ki, mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir:

"Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər