18:18
22°C
Bakı
Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycandan sonra sentyabrın 19-20-də Ermənistanı ziyarət edəcək.
Bu barədə Moderator.az Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Səfər çərçivəsində bir sıra görüşlər, o cümlədən Baş nazir Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və Baş nazirin müavini Mqer Qriqoryan, həmçinin daxili işlər naziri Arpine Sarqsyan ilə görüşlər planlaşdırılıb.