İsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət edib - FOTO
Siyasət
243
16:45, Bu gün

İsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət edib - FOTO

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini ziyarət edib.

Moderator.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

“Səfir Ronen Krausz və səfir müavini Aviv Zell, Dağ Yəhudisi əsilli, Azərbaycanın Milli Qəhrəmanı və tank komandiri olmuş Birinci Qarabağ müharibəsində böyük cəsarət göstərmiş Albert Aqarunovun abidəsini ziyarət ediblər”, - qeyd edilib.

Bildirilib ki, onlarla birlikdə Aqaronovun tank batalyonunun rəisi Hacı Azimov da iştirak edib və onun döyüşlərdə göstərdiyi şücaət və fədakarlıqlardan danışıb.

İsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət edibİsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət edibİsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət edib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər