Baş nazir Əli Əsədov Qırğızıstana işgüzar səfərə gedib
Siyasət
205
12:44, Bu gün

Baş nazir Əli Əsədov Qırğızıstana işgüzar səfərə gedib

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Nazirlər Kabinetdən məlumat verilib.

Bişkek şəhərinin "Manas" Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşılayıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər