“Tramp Putinin tapşırıqlarını yerinə yetirir” - Politoloq
Siyasət
348
15:49, Bu gün

“Tramp Putinin tapşırıqlarını yerinə yetirir” - Politoloq

Donald Tramp prezidentlik kampaniyası dövründə dəfələrlə bəyan etmişdi ki, Rusiya-Ukrayna müharibəsini qısa müddətdə dayandıracaq və tərəfləri sülhə gətirəcək. Lakin onun son addımları göstərir ki, Tramp əksinə, Moskvanın maraqlarına uyğun siyasət yürüdür.
 
Ədalət və Həqiqət Partiyasının (ƏHD) baş katibi, politoloq Niyaməddin Orduxanlı məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Trampın bu addımı heç də təəccüblü deyil:
 
“Məni bu qərar təəccübləndirmədi. Çünki ilk gündən demişdim ki, Tramp birbaşa Putinin tapşırıqlarını yerinə yetirəcək. Hətta onun ilk prezidentliyi dövründə ABŞ və Avropada belə bir fikir formalaşmışdı ki, Tramp Putinin agentidir. Bununla bağlı ona impiçment də elan olunmuşdu”.
 
Politoloq qeyd edib ki, Trampın ikinci dəfə prezident seçilməsindən sonra da Rusiyaya münasibəti açıq şəkildə özünü göstərib:“Trampın Rusiyaya sanksiya tətbiq etməyəcəyini deməsi heç kəsi heyrətləndirməməlidir. Bilirsiniz ki, onun Alyaskada Putinlə görüşü də oldu. Həmin vaxt Putinlə münasibətləri bütün dünyanın gözü qarşısında nümayiş etdirildi. Bu gün ABŞ-Rusiya münasibətləri Trampın şəxsi əlaqələrinin hesabına yüksək səviyyədə davam edir”.
 
Orduxanlının sözlərinə görə, Tramp faktiki olaraq Putinlə siyasi əməkdaşlıq xəttini davam etdirəcək:
 
“Trampın Rusiyaya qarşı yalnız quru bəyanatları olur, amma əməli addımlar atmır. Bütün bunların kökündə onun Putinə xüsusi münasibəti dayanır. Əgər Amerikada Trampa qarşı təzyiq artarsa, o zaman Putinin də Trampı müdafiə etmək üçün müəyyən addımlar atacağı istisna deyil”.
 
Politoloq onu da vurğulayıb ki, Ukrayna müharibəsinin uzanması da Trampın mövqeyi ilə bilavasitə bağlıdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər