Ermənistan XİN başçısı Niderlanda işgüzar səfər edəcək
Siyasət
182
20:10, Bu gün

Ermənistan XİN başçısı Niderlanda işgüzar səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 17-18-də Niderlandda işgüzar səfərdə olacaq.

Moderator.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Mirzoyan Haaqada Ermənistanın Daimi Arbitraj Məhkəməsinə qoşulmasına həsr olunmuş tədbirdə iştirak edəcək.

Ermənistan XİN başçısının niderlandlı həmkarı David van Villə, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər