Oktyabrda Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasının əsas mövzuları hərbi əməkdaşlıq və enerji təhlükəsizliyi olacaq.
Moderator.az-ın "Belta"ya istinadən verdiyi məlumata görə, bunu MDB-nin baş katibinin birinci müavini İqor Petrişenko bildirib.
"MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının iclasları oktyabrın 9 və 10-da Düşənbədə (Tacikistan) keçiriləcək", - İ.Petrişenko qeyd edib.
İclaslar zamanı iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərinin, o cümlədən hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Enerji təhlükəsizliyi, terrorizmə və ekstremizmə qarşı mübarizəyə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) MDB-də ona müşahidəçi statusu verilməsi ilə bağlı müraciətinə baxılması planlaşdırılır.