ABŞ
Siyasət
179
11 Sep 2025 | 23:53

ABŞ "Tramp marşrutu" üçün Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırır

"ABŞ "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) təşəbbüsünü həyata keçirmək üçün Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətindədir".
 
Moderator.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun direktoru Brendan Hanrahan Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla İrəvanda keçirilən görüşdə deyib.
 
"Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırırıq. Bu, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" təşəbbüsü və avqustun 8-də onunla bağlı əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır", - deyə o vurğulayıb.
 
Hanrahanın sözlərinə görə, vəsaitlər ticarət, infrastruktur, kritik vacib mineralların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün ayrılacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər