Siyasi partiyanın maliyyə hesabatı ilə bağlı qaydaya dəyişiklik edilib
Siyasət
238
12:30, Bu gün

Siyasi partiyanın maliyyə hesabatı ilə bağlı qaydaya dəyişiklik edilib

"Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası"nda dəyişiklik edilib.

Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, siyasi partiyalar tərəfindən maliyyə hesabatı hər il aprelin 1-dən gec olmayaraq,

Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan siyasi partiya auditor rəyi ilə

birlikdə maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri

haqqında hesabatı və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri, maliyyə fəaliyyəti olmayan siyasi partiya yalnız maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayışı göstərməlidir. 

Maliyyə hesabatı və yuxarıda adı çəkilən arayış siyasi partiyanın rəhbəri və baş mühasibi tərəfindən

imzalanmalı və siyasi partiyanın möhürü ilə təsdiq edilməlidir. 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər