22:52
25°C
Bakı
Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şərtləndirdiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.
Moderator.az-ın xəbərinə görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişi paraflanandan sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşmasına məhz bu prinsiplərin təsbiti səbəb olub.
"Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimləndiyini görəndə, bu şansı əldən verə bilməyəcəyimizə qərar verdik", - Baş nazir bildirib.