20:00
25°C
Bakı
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dair dərin müzakirələr aparıb.