Komitə sədri AŞPA ilə münasibətlərdən danışdı:
Siyasət
236
12:52, Bu gün

Komitə sədri AŞPA ilə münasibətlərdən danışdı: "Qapını biz bağlamamışıq"

"AŞPA-dan ölkəmizə qarşı elə addım atdılar ki, onlarla əməkdaşlığı dayandırmalı olduq".
 
Moderator.az xəbər veri ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
 
O qeyd edib ki, AŞPA ilə bağlı məsələdə Azərbaycan günahkar deyil: “O qapını biz bağlamamışıq. Məhz onların qeyri-adekvat davranışları buna səbəb oldu. Çünki onlar yeni reallığı qəbul etmək istəmədilər. Kimlər ki bu reallığı qəbul etməyəcək, bu onların siyasi karyerası üçün problemlər yaradacaq”.
 
Səməd Seyidov bildirib ki, AŞPA bu regionda olmaq istəyirsə, bu bölgənin bütün ölkələri ilə normal münasibət qurmalıdır: “Regionda yaranmış yeni situasiyaya alışmalıdırlar”.
Link kopyalandı!
Son xəbərlər