Yalçın Rəfiyev Misirə səfər edib - FOTO
Siyasət
335
09 Sep 2025 | 19:25

Yalçın Rəfiyev Misirə səfər edib - FOTO

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Misir Ərəb Respublikasında səfərdə olub.

Bu barədə Moderator.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Yalçın Rəfiyev ilk olaraq Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri, eyni zamanda Azərbaycan-Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının Misir tərəfindən həmsədri xanım Rania Al-Mashat ilə görüşüb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının qiymətləndirilməsi və enerji, kənd təsərrüfatı, nəqliyyat, əczaçılıq və turizm kimi sahələrdə əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin hökumətlərarası komissiyanın növbəti iclasının təşkili və bu mərhələdə həyata keçirilməsi nəzərdə tutulan mümkün birgə layihələr müzakirə edilib.

Daha sonra Y.Rəfiyev Misirin xarici işlər nazirinin ekologiya məsələləri üzrə müavini cənab Vael Aboulmagd ilə görüşüb. Tərəflər arasında aparılan müzakirələrdə iqlim dəyişikliyi ilə mübarizə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində əməkdaşlıq, yaşıl enerji, bərpa olunan enerji mənbələrinin inkişafı, su ehtiyatlarının idarə olunması və ekoloji dayanıqlılıq sahəsində təcrübə mübadiləsi imkanları dəyərləndirilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Misir Ərəb Respublikası Xarici İşlər, İmmiqrasiya və Xaricdəki Misirlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti 8-ci raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, qarşı tərəfdən isə Misirin xarici işlər nazirinin Avropa məsələləri üzrə müavini cənab Vael Məhəmməd Avad Həmid rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Misir arasında tarixi dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsi üçün güclü potensialın mövcudluğu qeyd edilib, ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, eneri, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər, o cümlədən Yaxın Şərq, Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparıblar.

Yalçın Rəfiyev Misirə səfər edibYalçın Rəfiyev Misirə səfər edibYalçın Rəfiyev Misirə səfər edib

Link kopyalandı!
Son xəbərlər