21:31
23°C
Bakı
Hesab edirəm ki, Vaşinqton razılaşmaları regional proseslərə, hətta qeyri-regional proseslərə birmənalı şəkildə müsbət təsir göstərəcək.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportları olan şəxslər üçün sərhədin açılması ilə bağlı razılaşmanın həyata keçiriləcəyinə ümid edirlər: “Türkiyənin normallaşmanı təxirə salması üçün heç bir səbəb görmürük, hər halda Ermənistan tərəfindən təxirə salma məsələsi yoxdur, günü sabah sərhədləri açmağa və diplomatik münasibətlər qurmağa hazırıq”.