Azərbaycan və Tailand XİN-ləri ilk siyasi məsləhətləşmələri keçirməyə hazırlaşır
Siyasət
290
19:00, Bu gün

Azərbaycan və Tailand XİN-ləri ilk siyasi məsləhətləşmələri keçirməyə hazırlaşır

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri ilk siyasi məsləhətləşmələri keçirməyə hazırlaşır.  

Bu barədə Moderator.az Tailand Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Məlumata görə, məsələ Tailand XİN-in katibi Eksiri Pintaruçi ilə Azərbaycanın səfiri Elçin Bəşirov arasında keçirilən görüşdə müzakirə olunub.

Qurumdan qeyd edilib ki, tərəflər ilk siyasi məsləhətləşmələrə hazırlığı, həmçinin Azərbaycanın Banqkokda səfirliyinin açılmasını müzakirə ediblər. Hər iki tədbir yaxın vaxtlarda baş tutmalıdır.

Bildirilib ki, Azərbaycan tədbirlərdə xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunacaq.

Tərəflər, həmçinin iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər