Ukrayna səfirliyi Azərbaycanda uşaqlara göstərilən yardıma görə təşəkkür edib
Siyasət
162
17:40, Bu gün

Ukrayna səfirliyi Azərbaycanda uşaqlara göstərilən yardıma görə təşəkkür edib

Beynəlxalq Xeyriyyəçilik Günündə Ukraynanın Azərbaycandakı səfirliyi ukraynalı uşaqlar üçün əşyalar göndərən hər kəsə səmimi təşəkkürünü bildirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev feysbuk sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, avqust ayında isti geyim, ayaqqabı və dəftərxana ləvazimatlarını toplamaq, çeşidləmək və Ukraynaya göndərmək üçün hazırlamaq mümkün olub: "Bunlar Sumı Uşaqların Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin tərbiyəçilərinə, həmçinin Rusiya təcavüzü səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı vilayətlərindən olan ailələrin uşaqlarına veriləcək".

Y.Qusev qeyd edib ki, toplanmış bütün əşyalar yaxın zamanda Ukraynaya göndəriləcək: "Birlikdə xeyirxah işlər görür və ən çox ehtiyacı olanlara kömək edirik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər