Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM
Siyasət
146
13:05, Bu gün

Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl rayonunun Göygöl-Topalhəsənli-Şəhriyar (8 km)-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
 
Moderator.az xəbər verir ki, sərəncamla iki min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Göygöl-Topalhəsənli-Şəhriyar (8 km)-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq iki milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
 
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər